banner
banner

Dünya

Qərb Putinlə bacarmır

Qərb Putinlə bacarmır

Qərb Rusiyanı iqtisadi sanksiyaların mühasirəsinə salsa da, amma istədiyi və gözlədiyi nəticəni əldə edə bilmədi.
Bu barədə ABŞ-ın "Forbes" jurnalı yazıb.
Ekspertlərin fikrincə, müqayisə etdikdə, Rusiyada ümumi daxili məhsulun həcmi artır, inflyasiya aşağı düşür, amma ABŞ-da əksinədir. 
Qərb mətbuatının Rusiyada investorlar üçün şəraitin olmaması barədə təhrifedici yazılara baxmayaraq, həqiqətdə, bu ölkə sərmayədarlar üçün cazibədarlığını qoruyur.
"Forbes" yazır: "Onlar düşünürdülər ki, Rusiyada iqtisadiyyat çökəcək, xarici borc 14 faiz artacaq, ölkə daha ağır vəziyyətdə düşəcək, sarsıntılar olacaq, bazarlar uçacaq. Ancaq Rusiya həmişə ayaq üstə durur."
Bundan əvvəl, Çexiya prezidenti Miloş Zeman bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli deyil. Avstriya kansleri Verner Fayman da sanksiya qərarını ağılsızlıq adlandırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.