“Matviyenko dua edirdi ki, Paşinyan yenidən seçilsin”
Dünyanın geosiyasi mərkəzlərinin Ermənistan hakimiyyətinə, xüsusən də Nikol Paşinyana münasibəti ilə bağlı müxtəlif fikirlər dolaşır.
Cia.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bəzi ekspertlər hesab edir ki, bu gün Paşinyan hamıya sərfəlidir. Digərləri isə iddia edir ki, Rusiya Paşinyanın vəzifəsindən uzaqlaşdırılmasını istəyir.
Bununla belə, qəzet yazır ki, bu yaxınlarda Rusiyada səfərdə olan rəsmi nümayəndə heyətinin tərkibinə daxil olan rəsmi şəxslərdən biri maraqlı bir əhvəlat danışıb.
Bu mənada kifayət qədər diqqətçəkən əhvalatı bu yaxınlarda rəsmi nümayəndə heyətinin tərkibində Rusiya Federasiyasına səfər edən Ermənistan rəsmilərindən biri nəql edib.
“Onun sözlərinə görə, qeyri-rəsmi görüşlərin birində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən danışarkən belə deyib: “Biz dua edirdik ki, o yenidən seçilsin”. Matviyenko burada Paşinyanı nəzərdə tuturdu”, - deyə qəzet yazır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.