Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu başlayıb.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, seçki zamanı 20 şəhər və rayona mer seçiləcək.
Bununla yanaşı, 24 şəhərin 42 rayonunda şəhər şuralarına (sakrebulo) 42 majoritar deputatlar seçiləcək.
Məlumata əsasən, seçki məntəqələri Tbilisi vaxtı ilə 08:00-da açılıb. Bildirilir ki, seçkilərin ikinci turu üçün 1830 seçki məntəqəsi açılıb. Bununla yanaşı, həbsxanalarda 6 seçki məntəqəsi və COVID mərkəzlərdə, karantin və özünütəcrid zonalarında yerləşən seçicilərin səs verməsi üçün 29 xüsusi seçki məntəqəsi yaradılıb.
İkinci turun vahid seçici siyahısında 2 milyon 88 min 722 nəfər var.
Əksər şəhər və rayonlarda sakinlər merləri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə Mixail Saakaşvilinin təsis etdiyi müxalifət “Vahid Milli Hərəkat” partiyalarının nümayəndələri arasından seçməlidirlər.
Qeyd edək ki, seçkilərin birinci turu oktyabrın 2-si keçirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.