Səudiyyə Ərəbistanı Livanın Ər-Riyaddakı səfiri Fevzi Kabbaranı "persona-non qrata" ("arzuedilməz şəxs") elan edib.
"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, krallıq Fevzi Kabbaranıya ölkəni tərk etmək üçün 48 saat möhlət verib. Səudiyyə Ərəbistan Beyrutdakı səfiri Vəlid bin Abdullah əl-Buxarini məsləhətləşmələr üçün geri çağrıb.
Livanın informasiya naziri George Kardahinin "Yəməndəki müharibəyə səbəb Səudiyyənin hücumudur" deməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.
Livanın Baş naziri Nəcib Mikati isə deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətləri var. Hökumət başçısının bəyanatına rəsmi Ər-Riyada hələlik şərh etməyib.
Xatırladaq ki, Küveyt və Bəhreyn Xarici İşlər nazirlikləri də George Kardahinin çıxışına etiraz olaraq Livan səfirini "arzuedilməz şəxs" elan edərək ona ölkələrini tərk etmək üçün 48 saat möhlət verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.