banner
banner

Gündəm

“Paşinyan dedi ki, status məsələsi yoxdur”

“Paşinyan dedi ki, status məsələsi yoxdur”

Ermənistanda daha bir müxalifətçi - “Hayastan” blokundan deputat və “Daşnaksütun” partiyasının üzvü İşxan Saqatelyan ötən ilin oktyabrında, müharibənin şiddətli vaxtında Baş nazir Nikol Paşinyanın parlamentdənkənar müxalifət qüvvələri ilə keçirdiyi qapalı görüşün təfərrüatını danışıb.

Cia.az-ın virtualaz.org-a istinadən məlumatına görə, o bildirib ki, Paşinyan həmin görüşdə təslim olmaq haqda sazişi imzalamağa hazırlaşdığını deyib.

“Mən isə dedim ki, kapitulyasiya bizim dövlətimizin dağıdılmasıdır”, - Saqatelyan bildirib.

 

“Oktyabrın 19-da o görüşü bu sözlərlə başladı ki, situasiya ağırdır, bizim çoxsaylı itkilərimiz var. Dedi mənə Araik Arutyunyan zəng vurub və deyib ki, bütün keçmiş prezidentlər, o cümlədən, Serj Sərkisyan, bütün siyasi qüvvələr ona müraciət edib, əvvəllər müzakirə edilmiş variantlar əsasında danışıqlara başlamağa və hərbi əməliyyatların dayandırılasına çağırıb. Bu aşkar yalandır”, - Saqatelyan deyib.

Əlavə edib ki, daşnaklar heç vaxt belə təklif verməyiblər.

Onun sözlərinə görə, Paşinyan həmin sözləri deyəndən sonra guya Araik Arutyunyanın ona müraciət etdiyini təsdiqləyən hansısa sənəd göstərib. Bildirib ki, müharibəni dayandırmaq üçün rayonları 5+2 formatında qaytarmaq lazımdır.

“Mən maraqlandım, heç olmasa status məsələsi varmı, cavab verdi ki, yoxdur. Əlavə etdi ki, bu, Lavrov planıdır, hansısa xırda detallar əlavə edilməklə. Ona müraciət edib dedim: sən faktiki olaraq 23-24 gündür qışqırırsan ki, “qalib gələcəyik”, indi isə kapitulyasiyanı imzalamağa gedirsən. Cavab verdi ki, situasiya belədir və “keçmiş hakimiyyətlər” yaxşı irs qoyub getməyiblər”, - Saqatelyan bir il əvvəlki qapalı görüş haqda danışarkən bildirib.

Bundan əvvəl Respublika partiyasının sədr müavini Eduard Şarmazanov Paşinyanın ötən il oktyabrın 19-da keçirilmiş görüşdə dediklərini açıqlamışdı, bildirmişdi ki, Paşinyan həmin vaxt psixoloji baxımdan çox pis vəziyyətdə idi. Müharibəni dayandırmaq üçün rayonların qaytarılmalı olduğunu deyirdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.