Vahid Milli Hərəkat Partiyasının üzvü Ana Tsitlidze deputat mandatını tərk edir.
Cia.az xəbər verir ki, siyasətçi qərarı barədə sosial şəbəkədə yazıb.
Tsitlidzenin sözlərinə görə, ölkənin üçüncü prezidenti həbsdə olduğu və aclıq aksiyası keçirdiyi bir vaxtda “parlamentdə oturmağın mənasını yoxdur”.
“Kimin hansı qərarı verəcəyini bilmirəm, mən partiya ilə əlaqə saxlamamışam, bildiyiniz kimi, Zuqdididəyəm. Amma üçüncü prezidentin çağırışından sonra, prezident həbsdə olanda, aclıq elan edəndə, seçkilər əlimizdən alınanda parlamentdə oturmağın mənası yoxdur və mandatsız da mübarizə apara bilərəm.
“Gürcü Arzusu” özü ilə baş-başa qalmalıdır. Qalanlarını aksiyalarda danışacam”, - Tsitlidze yazıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.