Qolf üzrə sabiq çempion Tayqer Vuds sevgilisindən ayrılıb. Tanınmış idmançı ABŞ-dan olan xizəksürmə üzrə olimpiya çempionu Lindsi Vonla 3 illik münasibətlərinə son qoyduğunu açıqlayıb. 30 yaşındakı Von Facebook hesabından ayrılıq xəbəri ilə bağlı fikirlərini yazıb: "Birlikdə keçirdiyimiz 3 ildən sonra münasibətimizə son qoyduq. Birgə xatirələri daima xatırlayacağam. Ancaq çox təəssüf ki, ikimiz də olduqca çətin dövrdən keçirik. İş həyatımız vaxtımızı birgə keçirməyə əngəl olur. O və gözəl ailəsi daim ürəyimdə xüsusi bir yerə sahib olacaq", - deyə Lindsi Von qeyd edib.
Qeyd edək ki, sabiq qolf çempionu Tayqer Vuds dünyanın ən çox qazanan idmançılarından sayılır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.