banner
banner

Dünya

Polisin gülləsi azarkeşi öldürdü

Polisin gülləsi azarkeşi öldürdü

Polşanın Knuruv şəhərində futbol azarkeşləri arasında düşən dava 1 nəfərin ölümünə səbəb olub.
"Konkordiya" komandası ilə "Rux" komandasının azarkeşləri matç zamanı meydana giriblər. 
Polis zorakılığın qarşısnı almaq üçün azarkeşlərə rezin güllələrdən atəş açıb. Atəş nəticəsində 1 azarkeş boynundan ağır yaralanıb. Həmin azarkeşin daha sonra xəstəxanada keçindiyi bildirilir. 
Asayiş keşikçilərinin zorakılığından qəzəblənən azarkeşlər isə, axşam saatlarında xəstəxananın qarşısında toplaşmağa cəhd göstəriblər. Təhlükəsizlik əməkdaşları aksiyanın qarşısını almağa çalışarkən qarşıdurma yaşanıb. Fəallar polisə daş və yandırıcı-kəsici maddələr atıblar. Qarşıdurmalar nəticəsində 14 polis xəsarət alıb.

Qeyd edək ki, polis ona müqavimət göstərən bir neçə nəfəri həbs edib. Dərhal da azarkeşin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar cinayət işi açılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.