Hindistanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Avtobus qəzasında 28 nəfər həlak olub. Panne şəhərində baş verən qəza zamanı daha 12 nəfər yaralanıb. Bəzi mənbələr həlak olanların sayının 35-dən çox olduğunu bildirir. 41 sərnişinin olduğu avtobus Çxatarpur şəhərindən Satnuya gedirmiş. Yoldan çıxan avtobus aşaraq yanıb. Qeyd edilir ki, bələdiyyə rəhbərliyi zərər çəkən sərnişinlərə kompensasiya verməyi söz verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.