banner
banner

Dünya

Putin “Bayraktar” qarşısına ACİZ QALIB

Putin “Bayraktar” qarşısına

PUA-lara görə xüsusi müşavirə keçirən Putin “bunun qarşısını almağın yollarını öyrəndik” deyir.

Rusiya Qarabağ müharibəsində rus silahlarının PUA-lar qarşısında aciz qalmasından sonra bu sahəyə xüsusi diqqət ayırmağa başlayıb. Lakin indi Moskvanı əsas narahat edən məsələ Ukraynanın Donbasda separatçılara qarşı “Bayraktar” PUA-ları tətbiq etməsidir: Kiyev Qarabağ müharibəsi taktikasından istifadə edəcəksə, bu, separatçılar üçün çətin olacaq.

Cia.az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Moskva anlayır ki, separatçıları “Bayraktar”lardan qoruya bilməyəcək.

“Mövcud vəziyyətdə genişmiqyaslı müharibə də ruslara yeni sanksiyalarla üzləşmək, xüsusilə “Şimal axını – 2” layihəsinin önünün kəsilməsi riskinə görə sərf etmir. Bu baxımdan, Ukrayna sərhədinə qoşun toplamaqla Kiyevi və ABŞ-ı separatçılara qarşı əməliyyatdan çəkindirmək gedişi edir: kiçik müharibəyə qarşı "böyük müharibə" blefi”.

Ekspert deyirb ki, president Putinin müşavirə keçirməsi də əslində Rusiyanın “Bayraktar”larla necə mübarizə aparacağını bilmədiyini göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.