Misir Prezidenti Abdel Fəttah əs-Sisi hökumətə gələn ay yeni paytaxta köçmək prosesini başlamağı tapşırıb.
Cia.az “BBC”yə istinadən xəbər verir ki, sözügedən addım 6 aylıq sınaq müddətinin bir hissəsi olacaq.
Yeni inzibati paytaxt Qahirə şəhərindən təxminən 45 km şərqdə tikilir.
Ölkə rəsmilərinin sözlərinə görə, bir neçə milyard dollarlıq layihə Qahirədə nəqliyyat sıxlığını azaltmaq, altı milyondan çox insanı sığınacaqla təmin etmək məqsədi daşıyır.
Bununla yanaşı, sözügedən layihə hökumət, səfirliklər və prezident üçün yeni mərkəzə çevriləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.