banner
banner

Gündəm

“COVID-ə qarşı mübarizəmizi sərtləşdirməliyik”

“COVID-ə qarşı mübarizəmizi sərtləşdirməliyik”

“Biz bu illər ərzində BMT-nin dörd qətnaməsinin yerinə yetirilməməsi ilə qarşılaşdıq. Bir qətnamə illərlə həllini tapmır və yerinə yetirilmir. Bunun həllini tapmadığını gördükdə diplomatik silahlı yolla münaqişəni həll etdik”.

Cia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov VIII Qlobal Bakı Forumunda çıxışında deyib.

 

O qeyd edib ki, yeni dünya nizamı ədalətə söykənməlidir və ədalətli qərarların çıxarılmasına yönəlməlidir: “Pandemiya dövründə bu sahədə müəyyən boşluqlar üzə çıxdı. Pandemiya böyük mənfi təsirə malik olub. BMT-nin daha səmərəli, effektiv olmasında maraqlıyıq. Bu təşkilatın  çıxardığı qərarlar əksər ölkələri  yerinə yetirməyə sövq etmir. Çox yaxşı olardı ki, dünyaya yeni nəfəs gətirilsin. Vaksinlər də ədalətli şəkildə paylanmalıdır. Ancaq bunu bir çox ölkələr blokladı. COVID-ə qarşı mübarizəmizi sərtləşdirməliyik. Ölkə Prezidenti də dəfələrlə bu barədə beynəlxalq forumlarda çağırışlar edib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.