banner
banner

Dünya

Roma Papası Qlobal Bakı Forumuna müraciət edib

Roma Papası Qlobal Bakı Forumuna müraciət edib

Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib.

Cia.az-ın  məlumatına görə, müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub.

Roma Papası Forumun keçirilməsinin həm də Nizami Gəncəvinin 880 illiyi ilə eyni vaxta düşdüyünü bildirib: “Nizami Gəncəvi yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunub.

Nizaminin ədəbi irsi regional birlik üçün bir elementdir. İnanıram ki, bu forum konkret və səmərəli təkliflər təqdim edəcək ki, bu da beynəlxalq cəmiyyət üçün də önəmlidir. Həmçinin bu ortaq marağın tapılması beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqa və qarşılıqlı hörmətlə bağlı öhdəliklərin gücləndirilməsinə təkan verəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.