banner
banner

Gündəm

Ərdoğan: “İqlim dəyişikliyi COVID-19-dan daha təhlükəlidir”

Ərdoğan: “İqlim dəyişikliyi COVID-19-dan daha təhlükəlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Cia.az-ın  xəbərinə görə, Türkiyə Prezidentinin müraciətini tədbirin açılış mərasimində AKP sədrinin müavini Binəli Yıldırım səsləndirib.

Müraciətdə bildirilib ki, pandemiya dünyanın heç bir ölkəsinin təkbaşına təhlükəsiz vəziyyətdə olmadığını göstərib: “Gözəgörünməz virus milyonlarla insanı çətin vəziyyətə salıb. Təəssüf ki, beynəlxalq və dövlətlərarası səviyyədə əməkdaşlığın az olduğunu gördük. Biz öz hədəflərimizə, ÜST-ün və BMT-nin hədəflərinə çata bilmədik. Bəzi ölkələrin başı ancaq özünə qarışdı, ancaq Azərbaycan kimi ölkələr belə hərəkət etmədi, onlar müxtəlif ölkələrə kömək əlini uzatdılar. Türkiyə də pandemiya ilə mübarizədə aktiv ölkələrdən biridir. Biz öz imkanlarımıza əsaslanaraq dünyanın 115-ə qədər ölkəsinə dəstək vermişik. İstərdik ki, bu mübarizədə bütün xalqların, ölkələrin bərabər imkanları olsun. Bu gün peyvəndləmə ilə bağlı rəqəmlər arasındakı fərq var”.

Müraciətdə o da qeyd olunub ki, pandemiyanın yaratdığı problemləri, çətinlikləri həmrəylik və əməkdaşlıq yolu ilə aradan qaldırmaq olar: “Biz yeni təhdidlərlə üzləşirik, məsələn iqlim dəyişikliyi. Bu günlərdə Qlazqoda iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir. Biz də iqlim dəyişikliyindən, onun nəticələrindən narahatıq və düşünürük ki, iqlim dəyişikliyi pandemiyadan, COVID-19-dan daha təhlükəlidir. Biz karbon emissiyalarını azaltmalı və dayanıqlı inkişafa yönəlməliyik. Regional və beynəlxalq məsələlərin müzakirə olunacağı VIII Qlobal Bakı Forumuna uğur arzulayıram. İnanıram ki, forum bu məsələlərin həllinə böyük töhfə verəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.