banner
banner

Sosİal

Almaniyada itkin düşən azərbaycanlı həkim tapıldı

Almaniyada itkin düşən azərbaycanlı həkim tapıldı

Macarıstandan Almaniyaya səfər edərkən itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərli tapılıb.

Bu barədə Cia.az-a onun həyat yoldaşı Ülkər Qaçayeva məlumat verib. Xanımının sözlərinə görə, T.Cəfərlinin Almaniyada yox, Macarıstanda olduğu müəyyənləşib:

“Toğrul oktyabrın 27-də Macarıstandan Almaniyaya uçuş edən zaman hava limanında səhhəti pisləşib və huşunu itirib. Aeroport əməkdaşları onu xəstəxanaya çatdırıblar. Uçuş öncəsi qeydiyyatını tamamladığı üçün hava yolu şirkəti onun Macarıstandan çıxış etdiyini göstərib. Biz də onun Almaniyada olduğunu sanmışıq. Əslində isə Toğrul Macarıstanda imiş. Buna görə də Almaniya polisi onu tapa bilməyib. Toğrul xəstəxanada müalicə aldığı müddətdə bizimlə əlaqə yarada bilməyib. Bu gün videozənglə özü ilə danışmışam. Axşamüstü Almaniyada olacaq. Əvvəlcə polis bölməsinə gedib izahat yazacağıq ki, axtarışı dayandırsınlar”.

 

Qeyd edək ki, oktyabrın 27-dən bəri T.Cəfərlidən xəbər almaq mümkün olmamışdı. O, Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr işləyir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.