banner
banner

Dünya

Fransada qatar miqrantları vurdu, ölən və yaralananlar var

Fransada qatar miqrantları vurdu, ölən və yaralananlar var

Fransada regionlararası marşrut üzrə hərəkət edən qatar bir qrup miqrantı vurub.

Cia.az xəbər verir ki, bu barədə O-de-Fransa regionunun nəqliyyat vasitələri ilə bağlı məsələlər üzrə sədr müavini Frank Dersen öz tviter hesabında məlumat verib.

İnsident Fransanın şimalında Pa-de-Kale departamentində baş verib. 

 

Məlumata əsasən, Eritreya vətəndaşları olan 4 miqrant leysan yağışı yağan zaman dəmir yolu ilə hərəkətdə olublar. Miqrantlar yaxınlaşan qatarı görməyiblər. Qatarın maşinisti isə öz növbəsində yolda işıqlandırma olmadığından və yağışın vəziyyəti daha da pisləşdirdiyindən miqrantları görməyib. 

Nəticədə, 1 nəfər həlak olub, daha 1 nəfər isə ağır yaralanıb. Digər iki nəfər isə yüngül yaralar alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.