banner
banner

İdman

AGF-in nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü seçilib

AGF-in nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü seçilib

 

 Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.

Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq ölkə təmsilçimiz FIG-nin sözügedən komitəsinə üzv seçilir.

Texniki Komitəyə seçkilər FIG-in Türkiyənin Antalya şəhərində təşkil edilmiş 83-cü Konqresi çərçivəsində baş tutub.

Qeyd edək ki, N.Bulanova 1980-1998-ci illərdə bədii gimnast olub, daha sonra isə məşqçilik fəaliyyətinə başlayıb. O, 2002-ci ildən etibarən milli səviyyədə, 2003-cü ildən isə beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.

N.Bulanova 2014-cü ildən etibarən Bakıda keçirilən gimnastika növləri üzrə irimiqyaslı yarışlarda Yerli Təşkilat Komitəsi tərkibində yarışların direktoru vəzifəsini yerinə yetirir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.