Bakı Metropoliteninin “28 May” stansiyası sərnişinlərinin gözlədiyi an gəlib çatdı. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, çoxdandır gözlənilən “28 may” metronunun əsas girişi açılaraq istifadəyə verilib. Bundan əvvəl verilən açıqlamalarda yaranmış texniki problemlərlə əlaqədar girişin istismarının yubana biləcəyi vurğulanırdı. Sərnişinlər isə bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən istifadə edirdilər. Qeyd edək ki, “28 may” metro stansiyası 2013-cü il iyul ayının 1-dən “2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılan tikinti işləri ilə əlaqədar təmirə bağlanmışdı.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.