banner
banner

Hərbİ

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində - FOTOLAR

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində - FOTOLAR

Türkiyədə keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib.

Bu barədə Cia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib.

Təlimdə şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmiyə sürətli şəkildə katerlə yaxınlaşma, terrorçuların zərərsizləşdirilməsi, gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqları yüksək peşəkarlıq nümayiş etdirilərək dəqiq və effektiv yerinə yetirilib.

Qeyd edək ki, qiymətləndirilmənin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.