banner
banner

Gündəm

Nazir: özəl sektora diqqət artır

Nazir: özəl sektora diqqət artır

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşüb.
Görüşdə Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, İslam İnkişaf Bankı, o cümlədən İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq etdiyini, özəl sektorda bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb. 

Korporasiya tərəfindən Azərbaycanda özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib, Azərbaycanda sahibkarlığa göstərilən dəstək tədbirləri, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə məlumat verilib.

Əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirən nazir sənaye və kənd təsərrüfatı sahəsində, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı və aqroparklarla əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. 
Xalid Məhəmməd əl Əbudi ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, qurumun fəaliyyəti və Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. 
Görüşdə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.