banner
banner

Gündəm

Sabahdan bu yollar bağlanır

Sabahdan bu yollar bağlanır

Sabahdan “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. 
May ayının 6-da saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət - Salyan şosesi (M2) - Sahil qəsəbəsi - Dairəvi yol Qızıldaş - Müşfiq postu - Bakı-Şamaxı yolu (M4) - Sulutəpə - Ekologiya postu - Bakı-Quba şosesi (M1) - Masazır - Novxanı (Akvapark) - Corat qəsəbəsi (dənizqırağı yol) - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. 

May ayının 7-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində
nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. 

Ayın 8-də saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, 9-da saat 09.00-dan 13.30-dək Qəbələ-Ağdaş-Xaldan dairəsi-Yevlax-Bakı-Qazax yolu-Mingəçevir yolu-Mingəçevir şəhəri-Mingəçevir-Xaldan dairəsi-Mingəçevir şəhəri "Kür" avarçəkmə bazasınədək hərəkət müvəqqəti olaraq məhdudlaşdırlacaq. 

May ayının 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı şəhərində Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva - Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov - Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun - Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi - Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq,

Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.