Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının bitməsini nə vaxt elan edəcəyini açıqlayıb.
Qurumun Avropa Bürosunun direktoru Hans Kluge “La Vanguardia” qəzetinə müsahibəsində bununun səhiyyə sisteminin yüklənməsinin azalması zamanı ola biləcəyini deyib.
“Biz virusla yaşamağı öyrənməliyik. Səhiyyə sistemimizin koronavirusdan xəstəxanaya yerləşdirmə və ölüm halları ilə yüklənməsi azalacağı zaman, yəni əvvəllər göstərilən xidmətləri göstərmək mümkün olan kimi, pandemiyaya endemiyaya çevrilə bilər”, - deyə o, izah edib.
Onun sözlərinə görə, kifayət qədər etibarlı hesablamalara görə, gələn ilin fevralına qədər Avropa regionunda koronavirusa görə infeksiyanın yayılması tendensiyası dəyişməsə, daha yarım milyon insan ölə bilər.
“Niyə yenidən problemlərlə üzləşdik? Çünki region ölkələrinin yarıdan çoxunda peyvənd ləngiyir”, - ÜST nümayəndəsi əlavə edib.
“Bir neçə ay əvvəl əsas problem (vaksinlərin) mövcudluğu idi, indi isə problem peyvəndlərə skeptisizm, saxta xəbərlərdir”, - deyən Kluge, peyvənd məsələləri ilə bağlı Avropada işçi qrupu yaratmağa hazırlaşdığını söylədi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.