banner
banner

Gündəm

Keçmiş deputatı tutdular

Keçmiş deputatı tutdular

Ermənistanda deputat həmkarının qətlində şübhəli bilinən 73 yaşlı keçmiş deputat həbs olunub.
"Çiçəklənən Ermənistan" Partiyasından keçmiş deputat olmuş Qoarik Yenokyan mayın 4-də axşam tutulub və müvəqqəti saxlama təcridxanasına göndərilib.
"Aykakan Jamanak" qəzeti yazır ki, tutulan şəxs bu partiyanın sabiq başçısı Qaqik Sarukyanın anasının yaxın rəfiqəsidir. 73 yaşlı qadının vəkili Qeqam Akopyan bildirib ki, Q.Yenokyan partiyanın üzvü və deputat olmuş Karo Karepetyanın qətlinin hazırlığında iştirak etmək iddiası üzrə həbs olunub.
"Karo Karapetyanın öldürülməsi planının Qoarik Yenokyan tərəfindən hazırlanmasını əsaslandıran versiya varmı" sualına vəkil belə cavab verib: "Bu, uydurulmuş versiyadır və heç bir əsas və real fakt yoxdur."
"Çiçəklənən Ermənistan" Partiyasının sədri Naira Zoqrabyan ötən gecə təcridxanada saxlanılan Q.Yenokyana baş çəkib. O deyib ki, yaşlı insanı yüksək təzyiq altında həbs ediblər. İndi, o, həkimlərin nəzarəti altındadır. Mən həbs qərarının doğru saymıram. Onun azadlığa buraxılması üçün hökmən müraciət edəcəyik.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.