banner
banner

Sosİal

Əhali üçün icazə vərəqələri - FOTO

Əhali üçün icazə vərəqələri -

Avropa Oyunları keçirilən ərazilərə giriş və orada avtomobilləri saxlamaq üçün xüsusi icazə vərəqələri avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır. 
Sakinlər üçün buraxılış vərəqələri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yalnız seçilmiş şəxslərə veriləcək. Yəni oyunlar keçirilən ərazilərə yaxın yerlərdə yaşayanlar həmin buraxılış vərəqələrini ala biləcəklər.
Buraxılış vərəqələri məskunlaşma ərazisinə görə kodlaşdırılıb. Ərazi koduna əsasən vətəndaşa verilən buraxılış vərəqi imkan verəcək ki, göstərilən yerdə maşın saxlamaq olar.
Qeyd edək ki, maşınını icazə vərəqəsində qeyd edilən yerdən kənarda saxlayan şəxsin avtombili həmin ərazidən dərhal uzaqlaşdırılacaq. Lakin vətəndaşlar avtomobillərini rahat şəkildə həyətlərində, yeraltı dayanacaqlarında və hərəkətə mane olmayan ərazilərdə saxlaya bilərlər.

Baş Dövlət Yol Polis İdarəsi, Nəqliyyat Nazirliyi, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi vətəndaşlara bir daha müraciət edərək bildirir ki, Avropa Oyunları keçirilən müddətdə mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Yaxşı olardı ki, ictimai nəqliyyatdan istifadə olunsun.
Sakinlər üçün parkinqə icazə vərəqəsinin nümunələrini təqdim edir



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.