AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib. Cia.az-ın AFFA-ya istinadla verdiyi məlumata görə, Topaz Premyer Liqasının XXXII turundakı “Qəbələ” – “Qarabağ” matçında baş verən hadisələrə görə hər iki klub cərimələnib. Belə ki, “Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində isə “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. AFFA-nın İntizam Komitəsi “Bakı” – “Xəzər Lənkəran” matçı ilə bağlı da qərar verib. Bu qarşılaşmanın 60-cı dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.