banner
banner

Sosİal

Azərbaycanın analıq indeksi - açıqlandı

Azərbaycanın analıq indeksi -

"Save the Children" beynəlxalq təşkilatı ölkələr üzrə analıq indeksini açıqlayıb.
Cia.az-ın məlumatına görə, təşkilat 179 ölkə üzrə tədqiqat aparıb. Araşdırmaya əsasən, dünyada analıq indeksinə görə ən yaxşı ölkə Norveçdir.
Gürcüstan təşkilatın hesabatında 86-cı yerdə qərarlaşıb. Rusiya siyahıda 56-cı, Türkiyə 65-ci, Ukrayna isə 69-cu yerdədir. Azərbaycan analıq indeksinə görə 179 ölkə arasında 90-cı yeri tutub. Ölkəmiz Ermənistanı 13 pillə qabaqlayıb. 
Reytinq ölkələrdə analıq üçün yardılan əlverişli şəraitə əsasən hesablanıb. Analıq indeksi üzrə ilk onluqda Norveçdən başqa, həmçinin Finlandiya, İslandiya, Danimarka, Almaniya, Niderland, İsveç, İspaniya, Belçika və Avstraliya qərarlaşıb. 
Araşdırmalara görə, ən aşağı göstəricilər Fil Dişi Sahili, Qambiya, Nigeriya, Mali, Konqo, Somali və Mərkəzi Afrika Respublikasındadır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.