banner
banner

Sosİal

Parlamentdə sənədsiz evlərlə bağlı məsələ qaldırıldı

Parlamentdə sənədsiz evlərlə bağlı məsələ qaldırıldı

Deputat Kamran Bayramov sənədsiz evlərə əmlak amnistiyasının tətbiq edilməsini təklif edib. 

Cia.az xəbər verir ki, K. Bayramov parlamentdə çıxışında qeyd edib ki, bu, bir çox problemlərin həllinə səbəb olacaq: “Belə ki, bu, həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm də ölkənin daşınmaz əmlak bazarını canlandıracaq. Eyni zamanda, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək. Eyni ləngimə bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi prosesində də yaşanır. 

 

Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi işinin tezliklə başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını xahiş edirəm”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.