Sosial sığorta daxilolmaları nə qədər artıb? - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 % və ya 286,2 milyon manat artım qeydə alınıb.
Nazirlikdən verilən məlumata görə, həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5 %, büdcə təşkilatları üzrə 4,4 % artıb.
Xatırladaq ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 % və ya 380 milyon manat artaraq 4 milyard 372 milyon manat, xərcləri 3,7 % və ya 146 milyon manat artaraq 4 milyard 54 milyon manat təşkil edib.
Fondun xərclərinin 97 %-i əhaliyə ödənişlərdən ibarət olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.