Beş yüzdən çox miqrant Polşa-Belarus sərhədini tərk etdi
500-dən çox miqrant Belarus-Polşa sərhədində “Bruzgi” keçid məntəqəsi yaxınlığında yerləşən düşərgəni tərk edib.
Cia.az “TASS”a istinadən xəbər verir ki, Belarus sərhədçiləri 70-100 nəfərdən ibarət qruplar şəklində miqrantları sərhəd xəttindən təxminən yarım kilometr aralıda yerləşən “Bruzgi” nəqliyyat-logistika mərkəzinin binasına qədər müşayiət ediblər.
Qeyd edək ki, son günlər Polşa və Belarus sərhədində vəziyyət kəskin xarakter alıb. Avropa ölkələri bu miqrant böhranına görə Belarus tərəfini günahlandırırlar. Belarus isə öz növbəsində, miqrant axınının güclənməsində hər hansı rol oynadığını təkzib edir.
Hazırda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi müzakirə edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.