banner
banner

İdman

İkiqat Olimpiya çempionu xəstəxanalıq oldu

İkiqat Olimpiya çempionu xəstəxanalıq oldu

 

 

Xizək yarışları üzrə ikiqat Olimpiya çempionu Simen Heqstad Kryuqeri itlər dişləyib.

O, səhər qaçışı zamanı dördayaqlıların hücumuna məruz qalıb. Teryer cinsindən olan iki it əvvəlcə xizəkçinin ayaqları ilə oynayıb, sonra dişləməyə başlayıblar.

 

Norveçli idmançı xəstəxanaya getməli olub. Burada ona quduzluğa qarşı iynə vurulub və antibiotiklər təyin edilib.

Qeyd edək ki, Kryuqer 2018-ci ildə keçirilən Qış Olimpiya Oyunlarında iki dəfə kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin 15 km-lik yarışda gümüş medal qazanıb.

Mənbə: vg.no



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.