banner
banner

İdman

Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırıldı

Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırıldı

 

Bolqarıstanın Ankaradakı səfiri Xristov Çolakov Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bolqarıstanda keçirilən parlament və prezident seçkilərində seçicilərin Türkiyənin rəsmi orqanları tərəfindən istiqamətləndirilməsi, onların daxili işlərinə müdaxilə edilməsi ilə bağlı iddialar rədd edilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Bolqarıstanda 14 noyabrda keçirilən prezident və parlament seçkilərinə Türkiyənin müdaxilə etməsi iddiası ilə Türkiyənin Sofiyadakı səfiri Aylin Sekizkök də Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Türkiyə səfirinin Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılmasının və Bolqarıstan rəsmiləri tərəfindən əsassız ittihamların gündəmə gətirilməsinin qəbuledilməz olduğu Çolakova bildirilib.

Türkiyənin və Türkiyədəki səsvermədən Bolqarıstanın daxili siyasətində sui-istifadə olunmayacağının gözlənildiyi bildirilib və bu məsələləri ehtiva edən nota səfirə təqdim edilib.

Türkiyənin Sofiyadakı səfirliyi qarşısında keçirilən yersiz nümayişlərə və davranışlara reaksiya da qeyd edilib.

Mənbə: “Anadolu” agentliyi



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.