banner
banner

Sosİal

Yoluxmaların 99 faizi bir variantın ucbatından baş verir

Yoluxmaların 99 faizi bir variantın ucbatından baş verir

Dünyada COVİD-19 infeksiyasına yoluxmaların 99 faizini virusun delta variantı təşkil edir. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “The National İnterest” jurnalı Dünya Səhiyyə Təşkilatının rəsmilərinə istinadla yazıb.

Jurnal delta variantının Avropada, xüsusilə qitənin vaksinasiya səviyyəsi daha aşağı olan şərq hissəsində ciddi fəsadlar törətməkdə olduğunu vurğulayıb.

Hazırda Yer üzündə koronavirusa yoluxmaların 60 faizi Avropa qitəsinin payına düşür.

Koronavirusun delta variantı ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb.

Bundan başqa virusun ilk dəfə Böyük Britaniyada aşkarlanan alfa, ilk dəfə Cənubi Afrikada rast gəlinən beta, ilk dəfə Peruda peyda olan lambda, ilk dəfə Kolumbiyada üzə çıxarılan mu adlı variantları və digər növləri də var.

“The National İnterest” yazır ki, Dünya Səhiyyə Təşkilatı hazırda mu və lambda variantlarını da diqqətlə izləyir. Amma bu variantların heç biri dünyaya delta qədər təhlükə yaratmır.

Təsadüfi deyil ki, bəziləri pandemiyanı indi “delta pandemiyası” da adlandırırlar.

Delta – virusun ilkin versiyasından və digər variantlarından daha sürətlə yayılmağa qabil bir variantdır.

Virus variantlarına alfa, beta, delta, lambda, mu kimi adları Dünya Səhiyyə Təşkilatı verib. Bunlar yunan əlifbasındakı hərflərin adlarından götürülüb.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası indiyədək 212 ölkə, ərazi və məkanda 5 milyon 147 mindən çox adamın ölümünə səbəb olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.