"ABŞ Suriyanın Atası deyil, Türkiyə ilə də müharibə halındayıq". AzNews.az xəbər verir ki, bunu Suriyanın dövlətlərarası münasibətlər naziri Əli Heydər bildirib.
CNNTürk nazirin bu haqda açıqlamasını yayıb: “ABŞ Suriya ilə dost deyil. Bu ölkə bu ana qədər Suriya xalqının düşməni oldu. Amerikanın hədəf və strategiyaları dəyişmədi. Bu səbəbdən hələ də bizim düşmənimizdir. Türkiyənin mövqeyi mübahisə predmetidir. Böhranın başından bəri ABŞ-ı qınadıq. Türkiyə ilə də münasibətlərimiz çox pisdir. Bunu hər kəs bilir".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.