Dünyanın bir çox dillərində yayımlanan islam dininin müqəddəs kitabı daha bir dilə tərcümə olunub. Türkiyənin Ankara Universitetində təhsil alan tələbələrədn biri Qurani-Kərimi ilk dəfə ermənicəyə tərcümə etməyə müvəffəq olub. Yavuz Aydın adlı tələbənin tərcümə etdiyi kitabı türkiyəli erməni jurnalistlərdən biri redaktə edib. 10 cild və 2500 səhifədən ibarət olan ermənicə Qurani Kərimin hazırlanması 3 il çəkib. Qeyd edək ki, Qurani Kərimin ermənicə olan tərcümə variantı ümumilikdə 4 min nəşrlə yayımlanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.