ABŞ-ın keçmiş prezidenti Donald Trampa taekvondo üzrə fəxri qara kəmər verilib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, döyüş sənətinin ən yüksək dərəcəsi olan doqquzcu dan kəməri ilə təltif edilib.
75 yaşlı Tramp sertifikatını Dünya Taekvondo Federasiyasının prezidenti Li Donq-Şorpdan alıb.
“Fəxri Fərmanı almaqdan şərəf duyuram. Düşünürəm ki, taekvondo özünümüdafiə üçün böyük döyüş sənətidir”, - deyə Tramp açıqlama verib.





