Kiyevdə bir milyard qrivna dəyərində rekord miqdarda narkotik maddə - heroin müsadirə edilib. Heroin İrandan kərpic adı altında Kiyevə gətirilib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, üzvləri çox təhlükəli narkotik vasitə olan heroinin İrandan qaçaqmalçılıq yolu ilə Ermənistan, Gürcüstan ərazisindən keçməklə Ukraynaya keçirilməsi və Avropa İttifaqı ölkələrinə daşınması ilə məşğul olan transmilli cinayətkar dəstə ifşa olunub. Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar qrupun təşkilatçısını və narkotik vasitələrin Ukraynaya keçirilməsi üçün kanallardan birini təşkil edən şəxsləri müəyyən ediblər.
İşbazlar heroini yük maşınlarında kərpic adı altında daşıyıblar. İstintaq tədbirləri zamanı Kiyev şəhərindəki anbarın ərazisindən ümumi çəkisi 368 kiloqram 150 qram olan 1159 ədəd briket aşkar edilərək müsadirə olunub.
Ukrayna daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvilinin sözlərinə əsasən, qara bazar qiymətlərinə görə malın dəyəri bir milyard qrivnadan çoxdur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.