Əməkdar artist onu təhqir edən izləyicini polisə verdi
Əməkdar artist Nigar Şabanova (Qaragözova) sosial şəbəkədə ona təhqir yazan izləyicini polisə şikayət edib.
Cia.az xəbər verir ki, bu barədə xanəndə sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, instaqramda səhifələrin birində Şabanova ilə bağlı paylaşılan yazıya həmin şəxs təhqir yazıb:
“Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.