Almaniyada pandemiya dövründə koronavirusdan ölənlərin ümumi sayı 100 119 nəfər olub.
Cia.az xəbər verir ki, bu Almaniya Səhiyyə Nazirliyi yanında Robert Kox Virusologiya İnstitutunun cümə axşamı dərc etdiyi məlumatda əksini tapıb.
Son sutka ərzində ölkədə 351 xəstə koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişib. Almaniyada son 24 saat ərzində koronavirusa 75 961 nəfər yoluxub, bu da pandemiya dövründə növbəti maksimumdur.
Koronavirusun yayılmağa başladığı vaxtdan etibarən Almaniyada bu virus 5 573 756 nəfərdə aşkarlanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.