Almanyada "Berlin Story Verlag" nəşriyyat evi nasist lider Adolf Hitlerlə bağlı ilkə imza atıb. Onlar Hitlerin uşaqlıq şəkillərinin yer aldığı 96 səhifəlik fotoalbom buraxıb. Berlində yerləşən nəşriyyat evinin çap etdiyi "Armin Fuhrer" adlı fotoalbomda faşist liderinin uşaqlıq, Almanyada iqtidara gəlməsi və İkinci Dünya Müharibəsi dönəmində şəkdirdiyi fotoşəkillər yer alıb. Almanyada ilk dəfə Hitlerin bir fotoalbomunun çap edilməsi elə alman mətbuatında müzakirələrə səbəb olub. Bu addımları ilə riskə girdiklərini qəbul edən nəşriyyat evi, məqsədlərinin Hitler və İkinci Dünya Müharibəsi ilə maraqlanan gəncləri məlumatlandırmaq olduğunu açıqlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.