TTK-nın (təhsil tələbə krediti) hansı müddətə verildiyi açıqlanıb.
Cia.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib.
O bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:
“Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər. TTK verilən zaman girov və zəmanət tələb olunmur”.
“Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa məhkəmə ilə geri alınacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gündən TTK-nin verilməsi üzrə müraciətlərə başlanılıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.