banner
banner

Dünya

Vladimir Putin Aleksandr Kalaşnikovu vəzifəsindən uzaqlaşdırıb

Vladimir Putin Aleksandr Kalaşnikovu vəzifəsindən uzaqlaşdırıb

Rusiya prezidenti Vladimir Putin Aleksandr Kalaşnikovu Federal Penitensiar Xidmətin (FSIN) rəhbəri vəzifəsindən uzaqlaşdırıb.

Cia.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı Kremlin saytında dərc olunub.

 

"Kalaşnikov Aleksandr Petroviç Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru vəzifəsindən azad edilsin", - prezidentin sərəncamının mətnində deyilir.

 

Qeyd olunur ki, Rusiya liderinin bu fərmanı imzalandığı gündən qüvvəyə minir.

 

Dövlət başçısı daha bir sərəncamla general Arkadi Qostevi FSIN-in yeni rəhbəri təyin edilib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.