“Qarabağ”ın matçında cinayət törətmiş şəxs həbs olundu
Avropa Konfrans Liqasının pley-off mərhələsində keçirilmiş “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət hadisəsi baş verib.
Cia.az-ın xəbərinə görə, Şotlandiyanın Aberdin şəhərindəki “Pitodri” stadionunda keçirilən matç zamanı 65 yaşlı kişi 26 yaşlı oğlana hücum etməkdə təqsirli bilinərək həbs edilib.
İttihama görə, o, avqustun 26-da axşam saat 21:10 radələrində Avropa Konfransı Liqasının pley-off mərhələsinin “Aberdin” – “Qarabağ” matçı zamanı cinayət törədib.
Polis konsteblisi Sem Eter onun tutulmasına görə ictimaiyyətə təşəkkür bildirib:
“Biz bu təhqiqatın sona çatdırılmasında göstərdikləri köməyə görə ictimaiyyətə təşəkkür etmək istərdik”.
Qeyd edək ki, cavab oyunu sayılan bu matçda “Qarabağ” rəqibinə 3:1 hesabı ilə qalib gələrək sözügedən turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb