Rusiyanın “Rosneft” şirkətinin Direktorlar Şurasının qəbul etdiyi qərara əsasən, İqor Seçinin bu aparıcı quruma rəhbərlik müddəti daha beş il artırılıb. Direktorlar Şurası onun dövlət şirkətinin prezidenti kimi nə qədər maaş alacağına da aydınlıq gətirib. Belə ki, İ.Seçin ayda 15-20 milyon rubl, yəni 290-390 min dollar maaş alacaq. Onun illik məvacibi 240 milyon rubl (5 milyon dollar) olacaq. Bu rəqəmə illik mükafat da əlavə ediləcək və beləliklə, onun qazancı 12 milyon dollara çatacaq. Rusiya mətbuatı yazır ki, əvvəllər belə məlumatlar gizli saxlanılırdı. Hətta bu barədə xəbər verdiyinə görə “Forbes” jurnalına qarşı məhkəmə iddiası qaldırılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.