banner
banner

Sağlamlıq

İnfarktın SİMPTOMLARI

İnfarktın

İnfarktın ən çox görülən simptomu sinə ağrısıdır.

 

Cia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

 

O bildirib ki, infarkt ilə müşayiət olunan bu ağrı tez-tez sinədən sol qola doğru yayılır.

 

"Hər sinə ağrısı infarkt deyil. Sinə ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən ən çox rast gəlinənlər həzm sistemi ilə bağlı inkişaf edən xəstəliklər, xoralar, öd kisəsində yaranan problemlər, ürək-skelet sistemi pozğunluqları sinə ağrısına səbəb ola bilər. Sinə ağrısı psixoloji əsasda da baş verə bilir. Məsələn, panik atak keçirən xəstələrin sinə ağrısından əziyyət çəkdiyi məlumdur" - deyə mütəxəssis qeyd edib.

 

İ.Tahiroğlu infarktın səbəblərini və qarşısının alınması yollarından da danışıb.

 

"İnfarkt ürəyə qan götürən damarlardakı tıxanıqlığa bağlı olaraq əmələ gələn ürəkdəki zədələnməyə verilən addır. Bütün orqanlar qan vasitəsi ilə qidalanır. Orqanlara qanın normal miqdarda getməməsi qidalanma pozğunluğunu meydana çıxarır və bu ürəkdə olduğu zaman infarkt baş verir. İnfarkta təkan verən müəyyən səbəblər vardır ki, onlara yüksək xolesterin, diabet, genetik faktorlar, siqaret, artıq çəki və piylənmə, alkoqol istifadəsi kimi hallar buna daxildir", - deyə o bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.