Bu gün Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Cia.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində "Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı bu gün saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.
"Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.