Karib dənizinin şərq hissəsində yerləşən Barbados rəsmi olaraq respublika olub.
Cia.az “TASS”a istinadən xəbər verir ki, oktyabr ayında ölkənin Prezidenti seçilən Sandra Meyson da, həmçinin vəzifəsini icra etməyə başlayıb.
Bununla da, ölkə Böyük Britaniya Taxt Tacının hökmranlığından çıxır və kraliça II Yelizaveta artıq Barbadosun rəhbəri hesab olunmayacaq.
Respublikanın elan olunduğu mərasim ölkənin müstəqilliyinin 55-ci ildönümündə keçirilib. Mərasimə İngiltərənin vəliəhd şəhzadəsi Çarlz, eləcə də məşhur müğənni Rihanna qatılıb.
Barbados parlamenti sentyabr ayında Böyük Britaniya kraliçası II Yelizavetanın adanın rəhbəri statusunu ləğv etməyi nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiq edib.
Qeyd edək ki, Barbados 1627-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olub və 1966-cı ildə müstəqillik əldə edib. Ölkənin rəhbəri isə qubernator tərəfindən təmsil olunan Böyük Britaniya kraliçası hesab olunurdu. Bu ölkədə hazırda təqribən 300 min nəfər yaşayır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.