banner
banner

Sosİal

Bakıda dəhşət: Sərnişinləri narkoman sürücülər daşıyır - Fotolar

Bakıda dəhşət: Sərnişinləri narkoman sürücülər daşıyır - Fotolar

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq Baş İdarə və İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, həmçinin Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər keçirilib. 

DİN-dən Cia.az-a verilən məlumata görə, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub.

Sumqayıt şəhərindən paytaxta doğru hərəkət edən avtobuslarda aparılan yoxlamalar zamanı nəqliyyat vasitəsinin salonunda olarkən maskadan istifadə etməyən şəxslər mülki geyimli polislər tərəfindən müəyyən edilib. Onlar barəsində inzibati tədbir görülüb.

Xırdalan şəhərindən paytaxt istiqamətində hərəkət edən avtobuslarda keçirilən tədbir zamanı sanitar-karantin qaydalarına əməl etməyən sürücü və sərnişinlər də aşkar edilib. Tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında aparılan yoxlamaq zamanı isə polis əmədkaşları tərəfindən daha ciddi qayda pozuntuları aşkar edilib.

Belə ki, 567 saylı marşurut xətti ilə Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında nəzarət-profilaktik tədbirlər həyata keçirilən zaman sürücü və sərnişinlər arasında pandemiya qaydalarına əməl edilmədiyi məlum olub. Eləcə də, sürücülərdən bir neçəsinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul oldqları müəyən edilib. Aparılan yoxlamaq zamanı həmin xətt üzrə hərəkət edən 3 avtobusun sürücüsünün nəqliyyat vasitəsini sərnişinlərin həyatını təhlükə altına qoyaraq narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Həmin sürücülərin idarə etdiyi avtobuslar xəttdən kənarlaşdırılıb, özləri isə saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Onların etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib.

Keçirilən sonuncu profilaktik tədbir zamanı Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxt istiqamətində hərəkət edən 70-ə yaxın sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb.

Bir daha vətəndaşları qayda və tələblərə əməl etməyə çağırır və bildirirk ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Bakıda dəhşət: Sərnişinləri narkoman sürücülər daşıyır  - Fotolar
Bakıda dəhşət: Sərnişinləri narkoman sürücülər daşıyır  - Fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.