banner
banner

Hərbİ

Dünən şəhid olan Nəbiyev ehtiyatda olan polkovnik idi

Dünən şəhid olan Nəbiyev ehtiyatda olan polkovnik idi

Xəbər verdiyimiz kimi, ötən gün Xızıda helikopter qəzasında şəhid olanlardan biri də rəsmi siyahıda işçi Nəbiyev Elçin Fikrət oğlu kimi qeyd edilən şəxsdir.

Cia.az xəbər verir ki, Azərbaycan Universitetləri səhifəsi N. Elçin haqda bəzi məlumatları paylaşıb. Bildirilir ki, sözügedən şəhid ehtiyatda olan polkovnik olub. O, ilk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.

 

Məlumata görə, I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.