Gürcüstan tezliklə "Omikron" adlı yeni növ koronavirusun diaqnostikasında istifadə olunacaq xüsusi PCR testləri alacaq.
Cia.az xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.
Amiran Qamğrelidzenin dediyinə görə, “Omikron”u identifikasiya etmək üçün bahalı ardıcıllığa ehtiyac var ki, bu da sonda yeni ştammın mövcudluğunu təsdiq edəcək. Onun sözlərinə görə, laboratoriyaların "Omikron"u necə müəyyən etməli olduğunu təsvir edən protokol hazırlanıb.
"Sürətli test yeni ştamm olan "Omikron"u müəyyən edə bilməyəcək. Ölkədə istifadə edilən və üç gen üzərində işləyən bəzi PCR üsulları ilə yeni ştammdan şübhələnmək olar. Yeni ştamm, "Omikron", xüsusi PCR ilə müəyyən edilir. Artıq bizdə "Delta" və "Alfa" ştammlarını müəyyən etmək üçün PCR var.
Omikron-dan necə şübhələnmək barədə protokol hazırlanıb. Bu, Səhiyyə Nazirliyi və hökumətə, eləcə də “PİSAR” diaqnostikasını həyata keçirən bütün laboratoriyalara göndəriləcək.
Həmçinin, təklifimiz odur ki, müəyyən nümunələri seçərək Luqar laboratoriyasına göndərək və burada bahalı ardıcıllıq həyata keçirilsin və nəhayət yeni ştamm təsdiq ediləcək. Yeni ştammın 50-dən çox mutasiyası var, burada ardıcıllaşdırdığımız və təsdiqlədiyimiz xüsusi mutasiyalar var.
Ölkədə yeni ştammla bağlı sübhəyi hara aparacağımıza və nə edəcəyimizə dair ilkin protokol var. Yəqin ki, yaxın vaxtlarda partnyorlar tərəfindən bizə konkret PISAR veriləcək, amma biz ardıcıllığı həyata keçiririk ki, bu da çox dəqiqdir.
Xüsusi PCR çox güman ki, "Omikron" ştammı ilə işimizin olduğunu söyləyir, lakin nəticədə virusun genomunun ardıcıllığı, onu parçalanması ilə müəyyən edilir ki, biz bunu digər ştammları müəyyən edərkən edirik", - Qamğelidze bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.