Sabah bir illik fasilədən sonra Azərbaycanda taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək.
Cia.az-ın əldə etdiyi məlumata görə, aparıcı idmançılarımızdan I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ayxan Tağızadə, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Milad Beiqi və Olimpiya çempionu, dünya və Avropa çempionu Radik İsayev bu birincilikdə iştirak etməyəcək.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib:
“Ayxan Tağızadənin dizində zədə olduğu üçün ötən ay əməliyyat olunub. Milad Beiqi hazırda İrandadır. Onun İran qanunvericiliyinə görə, hərbi xidmət məsələsi var. Əslində ağır çəki dərəcələrində kifayət qədər yetərsay olmadığından, onun gəlib, yenidən İrana qayıtmasını istəmədik. Radik İsayev də hazırda Rusiyadadır. O da yarışda çəki dərəcəsində rəqabət üçün yetərsay olmadığı üçün iştirak etməyəcək.
Digər legionerlərimizdən Həşim Məhəmmədov və Patimat Abakarova isə yarışda mübarizə aparacaq. Həşimdə pasport problemi vardı. Artıq həmin məsələ həll olunub”.
Qeyd edək ki, yarışda bu gün çəkiölçmə mərasimi keçiriləcək. Sabah və dekabrın 5-i yarışda kişi və oğlanlar arasında böyüklər arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarış Sumqayıt Olimpiya Kompleksində keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb